Kiyev məhkəməsi Ukrayna Prezidentinin Ofisinin keçmiş rəhbəri Andrey Yermak barəsində 60 gün müddətinə həbs qətimkan tədbiri seçib.
“BUTA.TV” Ukrayna mediasına istinadən xəbər verir ki, Yermak külli miqdarda vəsaitin yuyulmasında təqsirləndirilir.
Bununla belə, məhkəmənin qərarına əsasən, Yermak 140 milyon qrivna (təqribən 3,1 milyon dollar) girov qarşılığında sərbəst buraxıla bilər.
A.Yermakın məhkəmə iclasından görüntüləri də yayılıb. O, çıxışında bildirib ki, 3,1 milyon dollarlıq girov məbləğini ödəmək üçün pulu yoxdur.
Qeyd edək ki, mayın 11-də Ukraynanın Milli Antikorrupsiya Bürosunun və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun əməkdaşları Yermaka Kiyev vilayətində elit kottec qəsəbəsinin tikintisi zamanı təxminən 10,5 milyon dollar vəsaitin yuyulması ilə bağlı ittiham irəli sürüblər.
Onu da xatırladaq ki, Andrey Yermak 2025-ci il noyabrın 28-də istefa verib.


- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?