Bakıda Aeroport yolunda yük avtomobili yanıb.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Bildirilir ki, "Ford Transit" markalı yük avtomobili naməlum səbəbdən qəfil alışaraq yanmağa başlayıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi əməkdaşları və polis qüvvələri cəlb olunublar.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, yanğın söndürülüb.
"Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən "Ford " markalı yük avtomobilində baş vermiş yanğın söndürülüb", - deyə məlumatda bildirilir.
- Məhkəmədən sabiq başçı ilə bağlı qərar
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?