Keçmiş məcburi köçkünlərin diqqətinə!

00:54 - 19 May 2026 - GÜNDƏM

 Keçmiş məcburi köçkünlərin diqqətinə!

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Qəbələ rayonunda yerləşən keçmiş məcburi köçkün qəsəbələrində binaların dam örtüklərini təmir etdirəcək.

BUTA.TV Baku.ws-ə istinadən xəbər verir ki, yaşayış binalarında uzun müddət istifadə nəticəsində yararsız vəziyyətə düşmüş dam örtüklərinin və konstruksiyalarının yenilənməsi nəzərdə tutulur.

Layihənin ehtimal olunan dəyəri 1 milyon 400 min manat təşkil edir.

Məlumata görə, qəsəbələrdə aparılacaq işlər binaların təhlükəsizliyinin artırılması, yağış və qar sularının mənzillərə sızmasının qarşısının alınması, eləcə də məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.

Bu xəbər hal-hazırda çox oxunur
Türkiyədə dəhşətli qətliam - 6 ölü, 8 yaralı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol