Şuşada Avtovağzalın tikintisi də planlaşdırılır.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda ümumi uzunluğu 12,7 km olan (hər iki istiqamət üzrə) 7 yol tuneli tikilib:
"Qarabağ küçəsindən Çuxur məhəlləsi istiqamətində (“Torpaq Meydanı”na doğru) yol və yeraltı kommunal xətlər çəkilib.
Ağdam–Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi nəticəsində Şuşa şəhərinə məsafə azalıb.
Şəhərdaxili bir marşrut üzrə 4 elektrik avtobusu fəaliyyətə başlayıb. Tam elektrikli avtobus nəqliyyatı fəaliyyət göstərir".
O əlavə edib ki, Şuşa ilə Xankəndi arasında kanat yolu layihəsi hazırlanır.
- Sabah hava necə olacaq?
- Şuşa və Trabzon qardaşlaşdı
- Gələn həftə 5 gün evdəyik
- Baş nazirdən beynəlxalq avtomobil daşımaları ilə bağlı qərar
- Ələt yolundakı qəzalı körpü sökülür - Video
- Pensiya alanların nəzərinə!
- ADSEA xidmətlərini genişləndirdi - Videoreportaj
- İrandan 12 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto