Xankəndi, Xocalı və Ağdərə 30 ildə yaddaşımızda ağrılarla, soyqırımılarla yadda qalıb.
BUTA.TV xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
Xüsusi nümayəndə qeyd edib ki, Xankəndi, Xocalı və Ağdərədə bu gün ardıcıl, məqsədyönlü quruculuq işlər aparılır.
Elçin Yusubov Xankəndi, Xocalı və Ağdərəyə qayıdan ailələrin də sayını açıqlayıb. Belə ki, Xankəndiyə 71 ailə (302 nəfər), Ağdərəyə 857 ailə (3341 nəfər), Xocalıya isə 1083 ailə (4510 nəfər) qayıdıb.
- Sabah hava necə olacaq?
- Şuşa və Trabzon qardaşlaşdı
- Gələn həftə 5 gün evdəyik
- Baş nazirdən beynəlxalq avtomobil daşımaları ilə bağlı qərar
- Ələt yolundakı qəzalı körpü sökülür - Video
- Pensiya alanların nəzərinə!
- ADSEA xidmətlərini genişləndirdi - Videoreportaj
- İrandan 12 kq narkotikin keçirilməsinin qarşısı alındı - Foto