Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur.
BUTA.TV xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, hazırda paytaxtda ictimai nəqliyyat sisteminin inkişafı istiqamətində geniş işlər aparılır.
E.Əzizov qeyd edib ki, Bakıda 140 kilometrdən çox avtobus zolağı və 80 kilometr uzunluğunda velosiped yolu yaradılıb.
O bildirib ki, metro infrastrukturunun genişləndirilməsi ilə yanaşı, şəhər üçün yeni nəqliyyat həllərinin tətbiqi nəzərdə tutulur.
"Bu layihələr şəhərdə mobilliyin artırılmasına, nəqliyyat sıxlığının azaldılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək",- Bakı meri vurğulayıb.
- Azərbaycan əhalisinin sayı açıqlandı
- Türkiyədə erməni sevdası - Əliyev-Ərdoğan xəttinə qarşı çıxanlar kimlərdir?
- Bakıda Xəzərlə bağlı xəbərdarlıq: Ciddi təhlükə...
- Bulvarın uzunluğu 25 kilometrə qədər artırılacaq
- Bu dəfə özləri obyektivdə... - Fotolar
- Bakıda kanat yolunun yaradılması planlaşdırılır - Əzizov
- Rayonlarda 5 gün yağış yağacaq – Xəbərdarlıq
- İcra hakimiyyəti ağlına gələn rəqəmi yazıb... - Sədr müavini