Bakıda bir neçə gün əvvəl müşahidə olunan intensiv yağışlar şəhər infrastrukturunun iqlim dəyişikliklərinə uyğunlaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsini zəruri edir.
BUTA.TV xəbər verir ki, bunu Bakı şəhər icra hakimiyyəti başçısı Eldar Əzizov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, son günlərdə yağan güclü yağışlar iqlim dəyişikliklərinin təsirlərini bir daha nümayiş etdirib.
Eldar Əzizov qeyd edib ki, yağış sularının idarə olunması və şəhər infrastrukturunun dayanıqlığının artırılması istiqamətində müəyyən islahatların aparılmasına ehtiyac var.
“Bu baxımdan müvafiq görüşlər keçirilib və problemin həlli üçün çıxış yolları tapılmalıdır”, – deyə o vurğulayıb.
- WUF13 tarixində ilk: Azərbaycanın təşəbbüsü ilə...
- Prezidentə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin Fəxri doktoru adı verildi
- İlham Əliyev Fəxri doktor adı verildi
- Bu ərazilərdə görünüş məsafəsi 500 m-dək məhdudlaşır
- Əvvəl iki qadını, sonra özünü öldürdü - Goranboyda dəhşətli qətl
- Kəmaləddin Heydərov Aleksandr Studnev ilə görüşdü
- Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- Azərbaycan əhalisinin sayı açıqlandı