Sosial şəbəkələrdə Salyan rayonunun Salyan və Babazanlı yaşayış massivini birləşdirən körpüdə dəmirlərin bir-birindən ayrıldığı ilə bağlı görüntülər yayılıb. Sakinlərin fikrincə, həmin hissə qırılıb və təhlükə yaradır.
Məsələ il bağlı BUTA.TV-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, həmin hissə qırıq deyil, dəmir tutacaqdır və kimsə tərəfindən yerindən çıxarılıb.
“Bu, körpünün problemli olması anlamına gəlmir, çünki həmin hissə körpünün daşıyıcı konstruktiv elementi hesab olunmur. Müvafiq tapşırıq veriləcək və əməkdaşlar tərəfindən həmin hissə yerinə bərpa olunacaq”, - məlumatda vurğulanıb.
- ADY əməkdaşları gürcüstanlı həmkarlarına təlim keçir
- Qarabağ Universitetində 6 yeni ixtisas üzrə tələbə qəbulu...
- Bakıdan Tiflisə qatarla 81 manata getmək mümkün olacaq
- Bakı-Tbilisi qatarına bilet bu qiymətə olacaq - Rəsmi
- Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
- NK-dan Gürcüstana sərnişindaşıma ilə bağlı qərar
- Nazir Könül Abaslını vəzifəsindən azad etdi - Foto
- Tbilisidə biletlərin yoxlanılması və qeydiyyatı test ediləcək