Bakı-Tiflis-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı

15:57 - 22 May 2026 - GÜNDƏM

 Bakı-Tiflis-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı

Bakı-Tiflis-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarında Komfort və Komfort+ siniflərində səyahət edən sərnişinlər çəkisi 23 kiloqramdan, Lüks sinifdə isə 30 kiloqramdan çox olmayan 1 ədəd baqajı ödənişsiz daşıya bilərlər.

Bu barədə BUTA.TV-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol