Bakının Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında ödənişsiz parklanma məntəqələri və 3 minib-düşmə yeri yaradılıb.
Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Sözügedən ünvanda parklanma tələbatı və tibb müəssisəsinə gələn axın nəzərə alınaraq "5.15"–"duracaq yeri" yol nişanı quraşdırılmaqla ödənişsiz parklanma məntəqələri, həmçinin "3.28"–"durmaq qadağandır" yol nişanı quraşdırılmaqla 3 minib-düşmə yeri yaradılıb. Eyni zamanda "5.14"–"minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
Bu, xaotik vəziyyətin və nizamsız parklanmanın tənzimlənməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə təşkil olunub",- məlumatda deyilir.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq