Həcc ziyarəti bu tarixdə başlayacaq

20:30 - 22 May 2026 - GÜNDƏM

 Həcc ziyarəti bu tarixdə başlayacaq

Mayın 24-dən 25-ə keçən gecə Məkkədə Böyük Həcc ziyarəti dövrü başlanacaq.

BUTA.TV xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, zəvvarlar o müddətə kimi müstəqil şəkildə Kəbə evinə ibadət üçün gedib gələcəklər.

"Dünən son zəvvar qrupu da Məkkəyə gəldi və beləliklə, hazırda burada 1150 zəvvar var. Ayın 24-dən 25-ə keçən gecə Böyük Həcc dövrü başlayacaq. Zəvvarların bir hissəsi Minaya gedəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Sənan Əsədzadə saxlanıldı

Ayın 25-dən 26-na keçən gecə isə bütün zəvvarları Ərafata yola salacağıq. Beləliklə, ayın 26-ı onlar səhərdən axşama kimi Ərafatda olacaqlar".

Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol