Şəkidə mikroavtobus minik avtomobili ilə toqquşub, 6 nəfər xəsarət alıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedes" markalı mikroavtobus öncə "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub, daha sonra yoldan çıxaraq aşıb. Nəticədə biri azyaşlı olmaqla 6 nəfər xəsarət alıb.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Ermənilərin minaları ən çox basdırdığı yer... - ANAMA
- DTX-nin ekstradisiya etdiyi cinayətkarın cəzası bəlli oldu
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi - Foto
- Alimenti ödəyə bilməyənlərin yerinə pulu dövlət ödəyəcək? - Video
- Bakının bu rayonlarında işıq olmayacaq