İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin Tehranda erməni kilsəsində bayram tədbirinə qatılması ilə bağlı görüntülər yayılıb.
BUTA.TV xəbər verir ki, fotoda Musəvi erməni rahiblə birgə tort kəsir. Səfirin ermənilərlə səmimiliyi, onlara qardaşcasına münasibəti sosial şəbəkələrdə müzakirəyə çevrilib.
Qeyd edək ki, Seyid Abbas Musəvi məsləhətləşmələr üçün hazırda Tehrandadır. Ancaq foto Musəvinin hazırkı səfərinə aid deyil. Musəvi erməni kilsəsində bayram tədbirinə 3 il öncə qatılıb.
Görüntülərin yayılmasının səbəbi isə İranın və onun səfirinin Ermənistana münasibətini göstərməkdir.
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Ermənilərin minaları ən çox basdırdığı yer... - ANAMA
- DTX-nin ekstradisiya etdiyi cinayətkarın cəzası bəlli oldu
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi - Foto
- Alimenti ödəyə bilməyənlərin yerinə pulu dövlət ödəyəcək? - Video
- Bakının bu rayonlarında işıq olmayacaq