“Vaqner” özəl hərbi şirkəti öz sıralarına Çeçenistandan məhbusları cəlb etməyə başlayıb. Onların əksəriyyəti siyasi motivlərlə məhkum edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, Arqun şəhərinin (Çeçenistan Respublikası – red.) 3 saylı koloniya-qəsəbəsində, Çernokozova kəndinin 2 saylı cəzaçəkmə müəssisəsində (Çeçenistanın Naurski rayonu – red.) “Vaqner”in sıralarına məhbusların cəlb edilməsi davam edir:
“Bu proses kütləvi xarakter almağa başlayıb. Artıq hər iki həbsxanadan 50-yə yaxın insan “səfərbər olunub”. Bu məhbusların əksəriyyəti uydurma ittihamlarla məhkum ediliblər”.
Qeyd olunur ki, kəşfiyyat məlumat “sızması”nın qarşısını almaq üçün koloniyaların əməkdaşları ilə iş aparır.
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto