Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin təklif etdiyi “Milad atəşkəsi” kinli tələdir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
“Rus Pravoslav Kilsəsinin "Milad atəşkəsi" haqqında bəyanatı kinli tələ və təbliğat elementidir”, - Podolyak deyib.
Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsi qlobal pravoslavlıq üçün səlahiyyətli deyil və yalnız müharibə təbliğatçısı kimi fəaliyyət göstərir.
O xatırladıb ki, Rus Pravoslav Kilsəsi ukraynalıların soyqırımına çağırış, qırğınları təşviq, Rusiyanın daha da hərbiləşdirilməsində təkid edib.
Qeyd edək ki, Kirill Milad bayramı ilə bağlı 6-7 yanvar tarixlərində Ukraynada atəşkəs elan edilməsi üçün çağırış edib.
- Bakıda bu avtobusların fəaliyyəti bərpa edilir
- WUF13-də ilk dəfə Aborigen Xalqlar Qrupu yaradıldı
- Bu gün WUF13-ün bağlanışı olacaq
- Bakı-Tiflis-Bakı marşrutu üzrə nə qədər bilet satılıb?
- Sabiq deputat Türkiyədə vəfat etdi
- Naxçıvana uçuşlar yenidən bərpa edildi
- Azərbaycanda yeganə ferma: 1 litr əqrəb zəhəri 10 milyonadır?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto