Rusiyanın Ermənistanda hərbi mövcudluğu İrəvanın təhlükəsizliyinə təhdid yaradır.
BUTA.TV xəbər verir ki, bunu Erməmistan Baş naziri Nikol Paşinyan deyib.
“Son zamanlar qərbli həmkarları ilə təmaslar zamanı Azərbaycan özünün “aqressiv hərəkətlərini” Ermənistan və Rusiyanın Azərbaycana qarşı birgə təcavüzkar hərəkətlər hazırlamasından ehtiyat etməklə əsaslandırır və azərbaycanlılar qabaqlayıcı addımlar atırlar. Rusiyalı həmkarlarımızın diqqətini bu fakta cəlb edirik: Onların susqunluğu şəraitində belə çıxır ki, Rusiyanın Ermənistanda hərbi mövcudluğu nəinki respublikanın təhlükəsizliyinə təminat verir, əksinə, Ermənistanın təhlükəsizliyinə təhdidlər yaradır”, - Paşinyan bildirib.
- Anar Əsədliyə hökm oxundu
- "Kristal" WUF13-də dayanıqlı şəhər gələcəyini təqdim etdi
- “Azərsun Holdinq” növbəti dəfə bu mükafatı qazandı
- WUF13-ün bağlanış mərasimi keçirilir - Canlı
- Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi
- “Kristal” WUF13-də dayanıqlı şəhər gələcəyini təqdim etdi
- Bakıdan Tiflisə daha ucuz qiymətə gedəcəyik?
- “Bilirəm, çox ağır və zəhmətli iş idi” - Hikmət Hacıyevdən jurnalistlərə