“Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən çox narahatıq”.
BUTA.TV ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadla xəbər verir ki, bunu Departamentin rəsmi nümayəndəsi Ned Prays deyib.
“Biz səlahiyyətliləri onları tez bir zamanda azad etməyə çağırırıq. Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalırıq. Və yenə də hökuməti öz vətəndaşlarının hüquqlarını, o cümlədən sülh yolu ilə fikirlərini ifadə etmək hüququnu gözləməyə çağırırıq”, - Ned Prays bildirib.
Qeyd edək ki, B. Hacıyev dekabrın 9-da saxlanılıb və ona qarşı xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamları irəli sürülüb. Elə həmin gün Bakının Xətai rayon məhkəməsi Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib.
Tofiq Yaqublu isə dekabrın 23-də Bakının mərkəzində ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Tofiq Yaqublunu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib.
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır
- FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
- Qadın evində ölü tapıldı
- İranda zəlzələ oldu
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video