Araik Arutyunyan artıq MİS rəisi belə deyil, sadəcə, sifarişləri yerinə yetirib, məsuliyyəti başqalarının üzərinə atmağa çalışır.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın ehtiyatda olan ədliyyə general-mayoru Tatul Petrosyan deyib.
Onun sözlərinə görə, Arutyunyanın separatçılara rəhbər seçilməsi Ermənistan hökumətinin, xüsusilə Nikol Paşinyanın sifarişi olub.
Petrosyan həmçinin Ruben Vardanyanı “şübhəli sima” adlandıraraq, onun real hədəflərinin hələ də bəlli olmadığını deyib. Erməni general Vardanyanın Rusiya və Ermənistandakı aktivlərini sataraq Avropaya, xüsusilə də Britaniyaya köçürdüyünü söyləyib.
Vitali Balasanyanın “vəzifə”dən (separatçı-terrorçuların “təhlükəsizlik şurası katibliyindən”) uzaqlaşdırılmasına toxunan Petrosyan burada xüsusi planın olduğunu qeyd edib. O iddia edib ki, guya Balasanyan Qarabağın Bakının nəzarətinə verilməsinə “mane olduğu” üçün kənarlaşdırılıb.
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video
- Ramazan ayında nə yemək olmaz?
- Siqaret çəkənlərin nəzərinə: 5 minədək cərimə...
- Pensiya alanlara xoş xəbər
- 1 milyonluq dələduzluq: məmur oğlunun növbəti məhkəməsi...
- Azərbaycanda "kupça" almaq neçəyə başa gəlir?