Türkiyə və Azərbaycana qarşı planı olanlar iki dəfə düşünəcək.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın Qarabağ qazilərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.
Azərbaycanın "Vətən əməliyyatı” ilə işğal altındakı torpaqlarını azad etdiyini xatırladan nazir qeyd edib:
“Azərbaycan ordusu əməliyyatı böyük uğurla həyata keçirdi. Biz buna sevinirik”.
Nazir bildirib ki, bütün dünya gördü ki, Türkiyə və Azərbaycan "Bir millət, iki dövlət", "İki ananın oğlu"dur.
Şəhid və qazilərin fədakarlıqlarının nəsillər boyu xatırlanacağını və tarixdə mühüm yer tutacağını vurğulayan Akar onları qələbənin qüruru adlandırıb.
"Türkiyə ilə Azərbaycan kədər və sevinc içində bir yerdədir. Bir yumruq, bir ürək olacağıq. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”, - H.Akar əlavə edib.
- Əlilliyi olan şəxslərə qulluq edənlər üçün maarifləndirmə tədbirləri...
- Sumqayıt-Laçın avtobus reysi fəaliyyətə başlayır
- FHN əməkdaşlarını maşınla vuran şəxsin kimliyi məlum oldu
- Qadın evində ölü tapıldı
- İranda zəlzələ oldu
- Vəzifəli şəxsin ölkədən çıxışına məhdudiyyət qoyuldu
- Yanan avtomobili söndürmək istədi, maşın vurub öldürdü
- 7 professor elmi şuradan niyə uzaqlaşdırılıb? - Video