"Ümumiyyətlə, hər zaman dövlətin özəl sektorun işinə birbaşa qarışmasına həmişə qarşı olmuşam, o cümlədən də taksi xidmətinin".
Bu fikirləri açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
İqtisadçı qeyd edib ki, taksi xidməti Azərbaycanda postsovet məkanında ən ucuz xidmətlərdən biridir:
"İndi hava şəraiti ilə əlaqədar taksidə qiymət artımı təbiidir. Çünki bunun amortizasiya xərcləri də var. Yəqin, siz videolarda da gördünüz ki, hava şəraitinin pis olmasıyla əlaqəli maşınların bir xeyli hissəsi qəzalara uğradı, əzilmələr oldu. Bunların hamısı amortizasiya xərcləridir. Qiymətin müəyyənləşdirilməsinin üzərinə sürücülər həmişə o riskləri də gəlirlər ki, maşın əzilə bilər. Yolların buz bağlamasına görə də qiymətlər artır.
Hava şəraiti düzələn kimi qiymətlər də aşağı düşəcək. Bunun hər hansı formada qarşısını almaq, inzibati tənzimlənmə mexanizmi yaratmaq, dövlətin müdaxiləsini təmin etmək doğru yanaşmalar deyil. Nəticə etibarilə dövlət taksi xidmətinə müdaxilə etsə, əksinə qiymətlər xeyli artacaq. Məhz taksi xidməti Azərbaycanda rəqabətli mühitdə fəaliyyət göstərdiyi üçün ucuzdur. Bu qış havalarını nəzərə almasaq, qiymətlər çox ucuzdur. Son illər qiyməti enən yeganə sahədir ki, bütün sahələrdə qiymətlər qalxıb, ancaq taksidə əksinədir".
- 23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz
- Anar Əliyev Xankəndidə vətəndaşları qəbul etdi
- Bakı-Tiflis-Bakı qatarında ödənişsiz baqaj limiti açıqlandı
- Anar Əsədliyə hökm oxundu
- "Kristal" WUF13-də dayanıqlı şəhər gələcəyini təqdim etdi
- “Azərsun Holdinq” növbəti dəfə bu mükafatı qazandı
- WUF13-ün bağlanış mərasimi keçirilir - Canlı
- Azərbaycanlı avtoritet beynəlxalq axtarışa verildi