Fevralın 14-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Sərtab Erener konsert proqramı ilə çıxış edəcək.
Kult.az xəbər verir ki, sevilən müğənni öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısına çıxacaq.
Qeyd edək ki, Türkiyənin güclü səsi Sərtab Erener 2003-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində “Everyway that i can” mahnısı ilə birinci yerə çıxaraq qalib olub. Həmçinin o, 2012-ci ildə “Türk klassik musiqisinin ən yaxşı qadın solisti” nominasiyasında "Altın Kelebek" mükafatı ilə təltif edilib.
Əlavə edək ki, biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır
- Polis əməliyyatı: 20 silah aşkarlandı
- Bakıda 29 yaşlı oğlan oteldə öldü
- Cəbrayılda açıq ərazidə yanğın oldu
- Dayanacaqda avtomobil park edən sürücü cəzalandırıldı
- FHN əməkdaşları faciədən öncə... - Video
- Sabah hava necə olacaq?
- Əjdər Cəfərova yüksək vəzifə verildi