Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Yevlax rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin isti izlərlə açılması təmin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir.
Belə ki, yanvarın 10-u saat 22 radələrində Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri 1958-ci il təvəllüdlü Bəyaz Cabbarovun yaşadığı ünvanda öldürülməsi barədə məlumat daxil olub.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Aparılan birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılaraq istintaqa cəlb edilib.
Hadisə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
- Azərbaycan məktəbliləri EGOI 2026-da 2 medal qazandı
- Bu imtahanının nəticələri elan edildi
- DİM-dən təkrar imtahanla bağlı açıqlama
- Doqquzuncuların imtahanı da təkrar keçiriləcək
- Ceyhun Dadaşova yüksək vəzifə verildi
- Sumqayıt-Bakı istiqamətində yol çökdü - Video
- Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
- 23 kq-a qədər baqajı Tbilisi qatarında pulsuz apara bilərsiniz