Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdakı separatçıları vəziyyəti daha da gərginləşdirə biləcək bəyanatlardan çəkinməyə çağırıb.
BUTA.TV-ın məlumatına görə, Paşinyan hökumətin iclasında çıxışı zamanı bildirib ki, Laçın dəhlizindəki vəziyyətlə bağlı asimmetrik tədbirlər görülməlidir.
Paşinyan deyib ki, separatçıların qərarları və yekun çıxışın necə olması barədə fikirləri özündə əks etdirməyən bəyanatları heç bir fayda vermir.
Qeyd edək ki, dünən Qarabağdakı separatçıların “təhlükəsizlik şurası” Paşinyanın mətbuat konfransı zamanı səsləndirdiyi bir sıra bəyanat və fikirlərin “dqr xalqının və hakimiyyətinin” mövqeyinə uyğun gəlmədiyi üçün narahatlıq doğurduğunu bildirmişdi.
- Şimşək çaxır, yağış yağır - Faktiki hava
- Ətin qiyməti 39 manata qalxdı
- “Mən sənin güzgünəm, mən sənin əksin...”
- Azərbaycan məktəbliləri EGOI 2026-da 2 medal qazandı
- Bu imtahanının nəticələri elan edildi
- DİM-dən təkrar imtahanla bağlı açıqlama
- Doqquzuncuların imtahanı da təkrar keçiriləcək
- Ceyhun Dadaşova yüksək vəzifə verildi