Azərbaycan qanunverciliyinə əsasən, dövlətimizə mənsub olan, onunla siyasi və hüququ bağlılığı, habelə qarşılıqlı hüququ vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
Bu sözləri BUTA.TV-a açıqlamasında “Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığı alması ilə bağlı danışarkən bildirib.
“Azərbaycan ərazisində və ya vətəndaşlarından doğulmuş şəxs Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşlığının təsdiq olunması birbaşa dövlət başçısının səlahiyyətinə aiddir. Qarabağ ərazisində doğulan ermənilər hamısı, formal olaraq, Azərbaycan vətəndaşıdır. Lakin bunun reallaşdırılması üçün vətəndaşlıq məsələri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında komissiya fəaliyyət göstərir. Bu komissiya Vətəndaşlıq məsələləri üzrə əsasnaməyə əsasən fəaliyyətdədir. Ona görə də biz erməni vətəndaşlarına tövsiyə edirik ki, onlar Azərbaycanın Prezidenti İlham Əliyevin adına bizim əsasnamədə nəzərdə tutulmuş anket formasında müraciət etsinlər. Çünki onların müraciətləri Azərbaycan ərazisində doğulduğuna görə müsbət cavablandırılacaqdır”, - Səmədov qeyd edib.
Qeyd edək ki, istefada olan polkovnik Üzeyir Cəfərova canlı efirdə onlayn müraciət edən Qarabağ ermənisi Azərbaycan vətəndaşlığı almaq üçün hara müraciət edə biləcəyini soruşmuşdu.
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi
- Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır