Naxçıvan Bank ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb. Əvvəllər Rabitəbank ASC-də baş direktor olan Binnət Novruzov Naxçıvanbank ASC-nin Müşahidə Şurasının yeni sədri təyin olunub.
BUTA.TV Yeniavaz.com-a istinadən Binnət Novruzovun dosyesini təqdim edir:
1981-ci ildə anadan olan Novruzov Binnət Yasin oğlu 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 2007-2008-ci illərdə Unibank ASC-də, 2009-2010-cu illərdə Bank of Baku ASC-də çalışıb. 2016-2021-cı illərdə Rabitəbank ASC-də Baş direktor olub.
Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.
Naxçıvanbank ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərənin Mançester Universitetində magistr təhsili də alır.
Qeyd edək ki, Binnət Novruzov eyni zamanda Naxçıvanbank ASC-nin Müşahidə Şurasının 3 üzvündən biridir. O, Müşahidə Şurası üzvlüyündən azad olunan Baharxanım Talıbovanın yerinə təyin olunub.
B. Talıbova Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun qızıdır.
- Küləklə bağlı sarı xəbərdarlıq
- Fuad Nəcəfli istintaqa cəlb edildi
- ADY sərnişinlərə kitab hədiyyə edir - Foto
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
- Ölüm təhdidi ilə gündəmə gələn şəxsə vəzifə verildi
- Polkovnik əsgər ölümünə görə vəzifədən çıxarıldı
- “Kristal” iddialara aydınlıq gətirdi
- Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır