Argentina millisinin və PSJ-nin hücumçusu Lionel Messinin atası və agenti Xorxe Messi oğlunun mümkün transferi ilə bağlı Səudiyyənin "Əl-Hilal" klubu ilə danışıqlar aparır.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Bildirilib ki, Xorxe Messi hazırda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddadır və burada mövsümdə təxminən 300 milyon avro maaşla olan müqavilə ilə bağlı danışıqlar aparır. Argentina millisinin kapitanın PSJ ilə müqaviləsi 2023-cü ilin iyununda başa çatır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında hesab edilir ki, Messinin transferi və Kristiano Ronaldonun “Əl-Nəsr”ə keçidi yerli liqaya marağı çoxaldacaq. Bu isə ölkənin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək şansını artıracaq. “Əl-Hilal” - “Əl-Nəsr” oyunu Səudiyyə Ərəbistanının əsas derbisidir.
- Şimşək çaxır, yağış yağır - Faktiki hava
- Ətin qiyməti 39 manata qalxdı
- “Mən sənin güzgünəm, mən sənin əksin...”
- Azərbaycan məktəbliləri EGOI 2026-da 2 medal qazandı
- Bu imtahanının nəticələri elan edildi
- DİM-dən təkrar imtahanla bağlı açıqlama
- Doqquzuncuların imtahanı da təkrar keçiriləcək
- Ceyhun Dadaşova yüksək vəzifə verildi