Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində işlər davam etdirilir.
BUTA.TV xəbər verir ki, bu barədə “TRT Haber”ə diplomatik mənbələrdən məlumat verilib.
“İki ölkə arasında qarşılıqlı uçuşlar çox yaxşı davam edir. İnsanlar arasında təmas başlayıb. Artıq insanlar rahat şəkildə səyahətini edə bilir. Proses çox sürətlə irəliləyir. Misal, Türkiyə vətəndaşları əvvəllər viza müraciətini Tiflis üzərindən edirdi. Çünki Ermənistan əlçatmaz idi, əlaqə yox idi. İndi isə internet əlaqəsi yaradılıb. Əvvəllər isə Ermənistanla internet vasitəsilə əlaqə yaratmaq olmurdu. İndi açıqdır. Konsulluq işləri də çox yaxşı gedir. Bəzi humanitar addımlar da atılır”, - məlumatda bildirilib.
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq