Bu il Mərakeşdə keçiriləcək futbol üzrə klublararası dünya çempionatının püşkü atılıb.
BUTA.TV xəbər verir ki, turnirin ilk oyunu Misirin "Əl-Əhli" və Yeni Zelandiyanın "Oklend Siti" komandaları arasında dörddəbir finala vəsiqə uğrunda olacaq. Qarşılaşma fevralın 1-də baş tutacaq.
İlkin mərhələ çərçivəsində “Sietl Saunders” (ABŞ) klubu “Əl-Əhli” - "Oklend Siti" cütünün qalibi, Mərakeşin
"Vidad" komandası isə "Əl-Hilal" (Səudiyyə Ərəbistanı) ilə qarşılaşacaq. Birinci cütün qalibi yarımfinalda “Real Madrid”ə, ikinci görüşün qalibi isə “Flamenqo”ya (Braziliya) rəqib olacaq.
Qeyd edək ki, yarımfinal matçları fevralın 7-8-də keçiriləcək.
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq