Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.
BUTA.TV xəbər verir ki, yanvarın 13-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 24 təminat-təchizat və minik avtomobili maneəsiz keçib.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq