Avstriya və Azərbaycan milli komandaları arasında keçiriləcək 2024-cü il Avropa çempionatının seçmə mərhələ oyunu üçün bilet satışı təxirə salınıb.
BUTA.TV xəbər verir ki, məlumatı Avstriya Futbol Federasiyasının rəsmi saytı yayıb.
Buna səbəb matçın oynanılacağı "Rayffayzen Arena"nın yenicə təmirdən çıxmasıdır.
Qurum yığmanın ev qarşılaşmalarında tamaşaçılara daha yaxşı xidmət göstərilməsi üçün çempionat matçlarında stadionu sınaqdan keçirmək istəyir. Hazırda LASK komandası ev matçlarını məhz bu arenada oynayır.
Biletlərin martın əvvəlində satışa çıxarılacağı bildirilib.
Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi