Böyük Britaniya Xarici İşlər Nazirliyi ikili – İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbərinin İran hakimiyyəti tərəfindən edam edilməsi ilə əlaqədar Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.
BUTA.TV xəbər verir ki, Britaniya XİN rəhbəri Ceyms Kleverli qeyd edib ki, London Tehrana doğru digər addımları da nəzərdən keçirir.
"Biz rejimi cavab verməyə çağırırıq. Böyük Britaniya bu gün İranın baş prokuroru Məhəmməd Cəfər Montazeriyə qarşı sanksiyalar tətbiq edib, İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkilini çağırıb və Britaniya səfirini məsləhətləşmələr üçün müvəqqəti olaraq geri çağırıb.
İranın hərəkətlərinə cavabımız bu gün edilənlərlə məhdudlaşmayacaq. Biz növbəti addımları nəzərdən keçiririk”, - Kleverli Tvitter səhifəsində yazıb.
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi