Qadınların özlərini namuslu kimi təqdimatı məndə qıcıq yaradır. Əgər bu namus səndə varsa, bunu niyə bayraq edirsən.
BUTA.TV xəbər verir ki, bunu müsahibəsində teleaparıcı Ülvira Qarayeva deyib.
O, bildirib ki, kimdə nə yoxdu, onu nümayiş etdirməyə çalışır:
“Namusu olmayanlar namusdan danışır, dərs keçir. Bunlar ayıb şeylərdi. Bir qadın namusdan yazanda, bir də kişilər bahalı avtomobilləri ilə şəkillərini sosial şəbəkələrə qoyanda əsəbiləşirəm. Yəqin o maşın özlərindən bahalıdır da. Elə şeylərlə özlərini dəyərli hesab edirlər. Sosial şəbəkədə biri yazır ki, mənim qadın namusuma göz dikənlər çox olub belə, elə… Belə bir şeyi necə yazmaq olar. Namus başqa şeydi. Namus vicdanlı, halal olmaqdı. Qadınların nəzərdə tutduğu namus isə boş şeydi. Ən yaxşısı adam demək istəyir ki, namusunuza söydürməyin!”.
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Əmək yarmarkasında 90-dək vakansiya təqdim olundu
- Qeyri-sabit hava bu tarixədək davam edəcək
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- WUF13: "Bakı Fəaliyyətə Çağırışı" sənədi qəbul edildi