İran Müdafiə Nazirliyinin keçmiş rəsmisi Əlirza Əkbərinin edamı siyasi motivli hərəkətdir və İran bu cinayətlərə son qoymalıdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Mali Tvitter hesabında yazıb.
"İran-Britaniya vətəndaşı olan Əlirza Əkbərinin edam edilməsi xəbərini eşidəndə dəhşətə gəldim. İran tərəfindən ədalətsiz həbslər, məcburi etiraflar, saxta məhkəmələr və siyasi motivli edamlar dayandırılmalıdır", - Mali bildirib.
Qeyd edək ki, Əkbərinin edamından sonra İngiltərə və Fransa nazirlikləri İran səfirliyinin əməkdaşlarını çağıraraq İranın bu hərəkətinin cavabsız qalmayacağını bəyan ediblər.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq