Ağdamın “Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” Belçika çempionatında növbəti oyununa çıxıb.
BUTA.TV xəbər verir ki, komanda 20-ci turda “Kotriyk”lə qarşılaşıb. Oyun “Gent”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşü izləyənlər arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun video-analitik məşqçisi Yanuş Vasilyev də olub.
Bu qələbədən sonra “Gent” turnir cədvəlində 34 xalla beşinci pillədəki mövqeyini möhkəmlədib. “Kotriyk” isə 18 xalla 15-cidir.
Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq