Son günlər Naxçıvan Muxtar Respublikasının NTV kanalında Muxtar Respublika Ali Məclisinin sabiq sədri Vasif Talıbovun əməlləri ilə bağlı tənqidi verilişlər yayımlanır. Bu verilişlər əsasən Naxçıvanda Talıbovlar tərəfindən tətbiq edilən qadağalar və sosial problemlərlə bağlıdır.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, daha bir maraqlı məqam Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli ilə bağlıdır.
Belə ki, kiçik araşdırma zamanı Sahil Tahirlinin Vasif Talıbovun tərifinə həsr etdiyi yazıları sosial şəbəkə səhifələrindən sildiyi məlum olub.
Bundan başqa, o, Naxçıvandakı rəhbər dəyişikliyindən sonra feysbuk və instaqram sosial şəbəkə hesabından Vasif Talıbovla olan bütün şəkillərini də silib.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq