Milyon yarım rusiyalı 2023-cü ilə yeni iş axtarmaq qərarına gəlib. Onların əksəriyyəti qadınlardır.
BUTA.TV xəbər verir ki, bu barədə “HeadHunter” şirkətinin hesabatında qeyd olunub.
“İlin ilk günlərində yeni həyata başlamaq qərarına gələnlərin 49 faizi öz tərcümeyi-hallarında aktiv şəkildə iş axtardığını qeyd edib; 31 faiz təklifləri nəzərdən keçirməyə hazır olduğunu, 2 faizi artıq iş təklifi aldığını, 1 faizi isə artıq yeni vəzifəyə başladığını bildirib”, - hesabatda qeyd olunub.
Bildirilib ki, iş axtaranların əksəriyyəti Moskva, Sankt-Peterburq şəhərləri, Krasnodar diyarı və Sverdlovsk vilayətindəndir.
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...
- Bakı-Tiflis qatarı onlar üçün pulsuz olacaq