İtaliya polisi yanvarın 16-da həyata keçirdiyi əməliyyat nəticəsində Siciliya mafiyasının rəhbəri Matteo Messina Denaronu ələ keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Agenzia Nova” nəşri məlumat yayıb.
Məlumata görə, mafiya rəhbəri Palermodakı klinikaların birində polis xüsusi təyinatlıları tərəfindən saxlanılıb.
“Matteo Messina Denaro həbs edildi. Asayiş güclərini, məhkəmə sistemini, hər gün sükutla ədaləti qorumaq üçün çalışan minlərlə insanı təbrik edirəm”, - İtaliya müdafiə naziri Qvido Krozetto bildirib.
İtaliya Baş nazirinin müavini Matteo Salvini Denaronun 30 ildir axtarışda olduğunu deyib.
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...