Rusiya Müdafiə Nazirliyi ilə “Vaqner” arasında münaqişə barədə xəbərlər informasiya spekulyasiyasının məhsuludur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Peskov bildirib ki, iddia edilən münaqişə əsasən informasiya məkanında mövcuddur:
“Konfliktlərə gəlincə, həmişə olduğu kimi, bunlar əsasən informasiya manipulyasiyalarının məhsullarıdır. Bunu bizim informasiya rəqiblərimiz təşkil edir, amma bəzən də dostlarımız özlərini elə aparırlar ki, düşmənə ehtiyac qalmır”.
O vurğulayıb ki, ölkə öz qəhrəmanlarını tanıyır:
“Həm hərbi qulluqçular, həm də “Vaqner” döyüşçüləri rus xalqının yaddaşında əbədi qalacaqlar".
Qeyd edək ki, yanvarın 13-də Soledarın tutulması ilə bağlı xəbərdə Rusiya Müdafiə Nazirliyi “Vaqner” döyüşçüləri barədə heç nə yazmamışdı. “Vaqner”in yaradıcısı Yevgeni Priqojin buna cavab olaraq bildirdi ki, həmişə onlardan qələbəni oğurlamağa çalışırlar. Bundan sonra Müdafiə Nazirliyi şəhərə basqın zamanı “Vaqner” döyüşçülərinin "cəsarətli və fədakar hərəkətlərindən" bəhs edən yeni press-reliz yaydı. Müharibə başlayandan bu tarixə qədər Müdafiə Nazirliyi mətbuata açıqlamasında heç vaxt “Vaqner”dən bəhs etməyib.
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto