Azərbaycanda otellərin ulduzlaşması prosesinə başlanıldığı gündən 150 otel tərəfindən müraciət daxil olub ki, onlardan 44 otel 5, 4 və 3 ulduz dərəcələrinə layiq görülərək müvafiq sertifikatlarla təltif edilib. 100-dən çox otel isə hələ də ulduz dərəcəsi ala bilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
“Ulduz dərəcəsinin verilməsindən sonra 3 il ərzində otellər mütəmadi olaraq monitorinq olunur və həftəlik olaraq otelin vəziyyəti ilə bağlı hesabat təqdim edilir. Milli Ulduz Təsnifatı zamanı, həmçinin otelin xidmət səviyyəsi “TrustYou” beynəlxalq qonaq rəy platforması vasitəsilə dəyərləndirilir. Bu da daimi olaraq xidmət səviyyəsinin təkmilləşdirilməsini tələb edir. Otel bu tələblərə cavab vermədikdə isə ona verilən ulduz dərəcəsi ləğv olunur. Bundan əlavə, respublika ərazisində sertifikatsız fəaliyyət göstərən otellərlə maarifləndirici görüşlər keçirilir və onlara Milli Ulduz Təsnifatı, ulduz təsnifatının hotellər üçün yaratdığı üstünlüklər barədə informasiya təqdim olunur”, - məlumatda bildirilib.
Qeyd edək ki, “Turizm haqqında” Qanuna əsasən, hər bir mehmanxana fəaliyyətə başladığı vaxtdan 6 ay ərzində ulduz kateqoriyası üçün müraciət etməlidir.
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır
- Adnan Əhmədzadə ilə bağlı bu iddia yalan çıxdı
- Çalışdığı avtoyumada “Hunday”ı qaçırdı
- Nazir döyüş fəaliyyətini yoxladı, tapşırıqlar verdi - Foto