Britaniya Ukrayna ordusuna bu günə qədər ən əhəmiyyətli hərbi yardım paketini təhvil verəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib.
Onun sözlərinə görə, yeni paketə zirehli evakuasiya və təmir maşınları ilə birlikdə “Challenger 2” tanklarından ibarət eskadrilya, 8 ədəd AS90 silahı və digər müxtəlif silahlar daxil olacaq.
Nazir bildirib ki, Böyük Britaniya Rusiya hərbçilərinin növbəti hücumunu gözləyir. Ona görə də Ukraynanın müttəfiqləri Rusiyaya iqtisadi və hərbi təzyiq göstərmək üçün kollektiv səylərini artırmalıdırlar.
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı
- İş yerini dəyişmək istəyən müəllimlərin nəzərinə...