Bakıda və Abşeron yarımadasında yanvarın 18-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı