Xəbər verdiyimiz kimi, Azərbaycanda Səfəvilər dövrünə aid ən gözəl memarlıq nümunələrindən biri olan Novxanı kəndindəki Şah Sultan Hüseyn məscidi yararsız vəziyyətdədir.
Məsələ ilə bağlı BUTA.TV-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, sözügedən abidənin yaxın zamanda bərpa olunması planlaşdırılır:
“Novxanı kəndində yerləşən Şah Sultan Hüseyn (XVII əsr) məscidi yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Uzun illərdən bəri məsciddə bərpa-təmir işləri aparılmadığından hazırda məscid qəzalı vəziyyətə düşüb. Tarixi məscid bərpa olunması məqsədi ilə dövlət əsaslı vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin siyahısına daxil edilib.
Həmin məscidin də investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır. Eyni zamanda “Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər.
Dövlət Xidməti olaraq belə tarixi tikililərin qanunvericilik çərçivəsində bərpa edilərək istifadə edilməsi istiqamətində təşviqat işləri aparılır. Şah Sultan Hüseyn məscidinin də bu çərçivədə bərpası istiqamətində tədbirlər görülməkdədir. Bunun üçün lazımi sənədlər hazırlanır”.
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı
- Kim Çen In İlham Əliyevə məktub yolladı