Bu gün saat 22:00-dan etibarən səhər saatlarınadək Zığ dairəsinin yaxınlığında yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BUTA.TV-a verilən məlumata görə, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı