Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Əliyev Fərid Əlibaba oğlu ərizə yazaraq vəzifəsindən ayrılıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, vəzifəsindən istefa verən Fərid Əliyev yüksək vəzifəli şəxsin oğludur.
Belə ki F.Əliyevin atası Əlibaba Əliyev Sabunçu Rayonu İcra hakimiyətinin keçmiş başçısıdır. O, hazırda Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışır. F. Əliyev bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu. Onun 36 yaşı var.
Qeyd edək ki, Fərid Əliyevin işdən çıxması haqda ilk məlumatı Qafqazinfo.az saytı yayıb.
- Bu qəzalarla bağlı yeni qərar - Qaydalar dəyişdi
- Hikmət Hacıyevdən WUF13-lə bağlı paylaşım
- Mən İlham Əzizin yerinə olsaydım, “Nataşa”nı götürüb Salyana gətirərdim...
- BMT baş katibinin müavini "ASAN xidmət"də...
- Hava nə vaxtadək belə olacaq? - Xəbərdarlıq
- Sənan Əsədzadə saxlanıldı
- Həcc ziyarəti bu tarixdə başlayacaq
- Daha bir ünvanda minib-düşmə yerləri yaradıldı