Daxili İşlər Nazirliyi (DİN) bu gün saçı qırxılmış halda fotosu yayılan şəxslə bağlı iddialara cavab verib.
DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, təqsirli bilinən şəxslər polis orqanına əlində telefonla gətirilmir:
"Polis orqanına hansısa əməldə təqsirli bilinən şəxs gətirilir və əlində telefonla olan fotosunu çəkirlər? Özfəaliyyətdir. Qəbuledilməz haldır. Kimliyindən asılı olmayaraq heç bir vətəndaş qeyri-insani rəftara məruz qala bilməz. Fotoşəkil kiminsə TikTokda "jeton" toplamaq niyəti ilə çəkilib".
Xatırladaq ki, TikTok sosial şəbəkəsində canlı yayım açaraq polisin ünvanına təhqirlər səsləndirən gəncin tutularaq ona qarşı aşağılayıcı hərəkətlər edildiyi bildirilib. Hadisə ilə bağlı sosial şəbəkədə fotolar yayılıb və qeyd edilib ki, həmin şəxs saxlanıldıqdan sonra onun uzun saçları yığılmış və qırxılmış formada fotoları çəkilib. Hadisənin nə vaxt və hansı ərazidə baş verməsi hələlik açıqlanmayıb. DİN hadisənin polis tərəfindən törədilməsini təkzib edib.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır