Aparıcı Xoşqədəm Hidayətqızı bəzi insanların var-dövlət üçün əl-ayağa düşməsini qınayıb. Jurnalist deyib ki, bu dünyada qazandığı var-dövləti heç kim özü ilə o biri dünyaya aparmayacaq.
BUTA.TV xəbər verir ki, Xoşqədəm Hidayətqızı ARB-də müəllifi olduğu "Günaydın Azərbaycan" proqramında verdiyi açıqlamalarla diqqəti öz üzərinə çəkib. O, insanları gözü-könlü tox olmağa səsləyib: "Heç kim dünyadan köçəndə özüylə pul aparmır. Sultan Süleyman öləndə əlləri açıq getdi, sahib olduğu sərvət bu dünyada qaldı. Həm Azərbaycanda, həm də Türkiyədə evimiz var. Heç vaxt böyük saraylarda gözümüz olmayıb".
Verilişin qonağı olan Əməkdar artist Cabir Abdullayev Xoşqədəm Hidayətqızının fikirlərini dəstəkləyib: “Allah qismət eləsin, balalarınızı bu evdə sağ-salamat böyüdün”.
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı
- Ötən ay avtomobil nəqliyyatı ilə neçə milyon sərnişin daşınıb?
- Xidmət zamanı maşın vuran FHN əməkdaşının son vəziyyəti
- Bakıda evlərə qənim kəsilən oğru saxlanıldı
- 102-yə zəng edib narkotikin qiymətindən danışdı, həbs olundu
- Mehdiyev AMEA-dan qovulur – Rəyasət Heyəti toplanır