Azərbaycana 11 il əvvəl “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal paylaşımları ilə gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, duş aldıqdan sonra sənətçi selfilərini çəkərək, sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Gözəlliyi və cazibəsi ilə diqqətləri üzərinə çəkən Nigar pəncərə önündə iddialı pozlar verib. Camal yayımladığı görüntülərə “Havalar soyuq olsa da, heç olmasa ürəyimdə isti və günəşlidir. Sabahınız xeyr olsun” şərhini yazıb. Diqqət çəkən şərh isə müğənninin həmkarı Samir Cavadzadənin “Bekarsan?” sualı olub. Nigar isə “Buna bənzər bir şey” cavabını verib.
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı
- Ramazanın 4-cü günü: Dua, imsak və iftar vaxtı