İsmayıllı Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, şöbəyə daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə yetişdirdiyi çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni ötən ilin yay aylarında becərdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirib.
Araşdırma zamanı Elnur Mahmudovun evindən aşkarlanan narkotiki satmaq məqsədində olduğu müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı