Gürcüstanın Kaxeti bölgəsində dağlıq ərazidə meşə massivində yanğın baş verib.
BUTA.TV xəbər verir ki, yanğın ocağı Telavi (Qaracalar –red.) rayonunun Artana kəndindən 4 saatlıq məsafədə ucqar zonada qeydə alınıb. Hazırda meşədə ot və kol-kos yanır.
Telavi meri Simon Maysuradzenin sözlərinə görə, yanğının başladığı əraziyə hazırda hər hansı texnika ilə getmək mümkün deyil, yalnız piyada qalxmaq mümkün ola bilər.
“Xilasedicilərə dedik. 20 könüllü toplaşıb və yanğınsöndürənlərə qoşulub. Biz səhər saat 7-də çıxacağıq”, - deyə o bildirib.
Yanğının səbəbi açıqlanmır.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı