Rusiya Prezidenti Vladimir Putinin çoxlu bunkeri var. Ancaq bunların hamısı uzun müddət yaşamaq üçün uyğun deyil.
BUTA.TV xəbər verir ki, bunu SSRİ DTK-nın və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş əməkdaşı Sergey Jirnov deyib.
Jirnov Stalinin dövründə Kremlin altında bunker olduğunu təsdiqləyib:
“Stalinin zamanında metro xətti çəkilmişdi ki, o, istənilən vaxt sakitcə Kremli tərk edə bilərdi. İkinci bunker “Ramenki-43” adlanır və Moskvada yerləşir.
Bundan əlavə, bütün xüsusi xidmət orqanlarının bunkerləri var. Eləcə də DTK-nın və Baş Qərargahın da bir neçə bunkeri mövcuddur. Novo-Oqaryovoda da Putin üçün bunker qazılıb. Onun, əlbəttə ki, yaşayış yeri olan yerdə bunkerləri var. Sual onların nə qədər dərin olması və uzun müddət yaşamaq üçün təchiz olunmasıdır. Belə bunkerlər o qədər də çox deyil”.
- Sabahın hava proqnozu açıqlandı
- Müdafiə naziri bu komandanlığa göstərişlər verdi - Video
- Emin Formula-1-i Bakının mərkəzindən köçürür
- Bakıda yeni marşrut xətti işə düşdü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Şamaxıda zəlzələ oldu
- Bu ərazilərdə fevralın 23-də qaz kəsiləcək
- Azərbaycanda kərə yağı istehsalı kəskin azaldı